“Taliban” silahlıları Əfqanıstanın Kunduz şəhərində hava limanının bir hissəsini ələ keçiriblər

“Taliban” silahlıları Əfqanıstanın Kunduz şəhərində hava limanının bir hissəsini ələ keçiriblər
# 29 sentyabr 2015 21:33 (UTC +04:00)

Bakı-APA. “Taliban” silahlıları Əfqanıstanın Kunduz şəhərində hava limanını ələ keçirməyə cəhd göstəriblər. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, taliblər son 14 ildə ilk dəfə Əfqanıstanın şimalındakı Kunduz şəhərini ələ keçirdikdən sonra şəhər yaxınlığındakı hava limanına hücuma keçiblər. Mənbənin məlumatına görə, aeroport infrastrukturunun 80 faizi artıq silahlıların nəzarətindədir.

Şahidlər hazırda aeroport uğrunda ağır döyüşlər davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR