İsmayıllıda fərdi ev yanıb

İsmayıllıda fərdi ev yanıb
# 12 avqust 2015 19:25 (UTC +04:00)

Bakı-APA. İsmayıllıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, İsmayıllı rayonu, Mican kəndində (rayon mərkəzındən 3 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 144 kv.m olan birmərtəbəli kürsülü 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları, evə bitişik ümumi sahəsi 160 kv.m olan talvarın yanar konstruksiyaları 120 kv.m sahədə və altına yığılmış 20 ton ot bağlaması yanıb.

Talvarın qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın saat 20:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR