Müdafiə naziri Zakir Həsənov Koreyanın Hərbi Dəniz Qüvvələrinin komandanı ilə görüşüb - FOTOSESSİYA

Müdafiə naziri Zakir Həsənov Koreyanın Hərbi Dəniz Qüvvələrinin komandanı ilə görüşüb - <span style="color: red;">FOTOSESSİYA
# 10 noyabr 2015 15:44 (UTC +04:00)

Bakı-APA. Noyabrın 10-da müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Koreya Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Jung Ho-Sub ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, admiral Jung Ho-Subun rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını ziyarət edib.

Müdafiə Nazirliyində nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə iki ölkə arasında müdafiə, o cümlədən hərbi təhsil, hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri, dövlətlərimizin yerləşdikləri regionlarda təhlükəsizlik məsələləri müzakirə olunub.

Hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistanın regiondakı sabitliyə əsas təhlükə yaratdığını, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən koreyalı admiral Azərbaycan-Koreya əlaqələrinin möhkəm dostluğa əsaslandığını xüsusi qeyd edib.

Görüşdə Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin təşkili, azərbaycanlı hərbi dəniz zabitlərinin Koreyanın hərbi məktəblərində və akademiyalarında təhsil almaları, şəxsi heyətin döyüş gəmilərində təcrübə keçmələri, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Koreya nümayəndə heyətinin Hərbi Dəniz Qüvvələri bazasına ziyarəti, müasir infrastruktura malik ərazi və hərbi gəmilərlə tanışlığı, eləcə də şəxsi heyətlə görüşləri keçiriləcək.

Səfər noyabrın 11-dək davam edəcək.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR