"Rusiya Dəmir Yolları"na yeni rəhbər təyin olunub

"Rusiya Dəmir Yolları"na yeni rəhbər təyin olunub
# 20 avqust 2015 16:59 (UTC +04:00)

Bakı - APA-Economics. Rusiya Federasiyasının baş naziri Dmitri Medvedev Oleq Belozyorovu "Rusiya Dəmir Yolları" ASC-yə yeni rəhbəri təyin edib.

"APA-Economics" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bununla yanaşı, hökumət başçısı O. Belozyorovu nəqliyyat nazirinin birinci müavini vəzifəsindən azad edib.

Qeyd edək ki, bundan öncə Rusiyanın baş dəmiryolçusu Vladimir Yakunin vəzifəsindən gedib. O, Kalininqrad vilayətindən Federasiya Şurasına üzv seçilmək istədiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR