“Bakcell” “İLK” adlı smartfonunu təqdim edib

“Bakcell” “İLK” adlı smartfonunu təqdim edib
# 30 oktyabr 2014 13:47 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Bakcell” şirkəti özünün “İLK” adlı brend smartfonunu təqdim edib.

Bakcell-dən “APA-Economics”ə daxil olan məlumata görə, müasir smartfonların bütün xüsusiyyətlərinə malik və münasib qiymətə olan “İLK” smartfonu mobil telefon istifadəçisindən smartfon istifadəçisinə çevrilən “Bakcell” abunəçiləri üçün unikal seçimdir. Cəmi 79 manata olan bu qurğu xüsusilə smartfon istifadəsinə yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub və sahiblərinə mükəmməl smartfon təcrübəsini təmin edir.

“İLK” smartfonu Android əməliyyat sistemində işləyir, gözoxşayan dizayna və yeni smartfon istifadəçisinin tələblərinə cavab verən aşağıdakı texniki xüsusiyyətlərə malikdir:

  • Geniş 4 düymlü sensorlu ekran
  • 1.2 GHz Quad Core prosessor
  • RAM 512 + ROM 4GB
  • Android 4.3 əməliyyat sistemi
  • 5MP kamera + parlaq işıq
  • Ön kamera
  • Uzun ömürlü batareya

Sadəcə 79 AZN ödəməklə abunəçilər yuxarıdakı üstünlüklərə malik mükəmməl cihazla yanaşı, 6 ay ərzində bonus şəklində hər ay 1GB internet alacaqlar. İnternet bonusu almaq üçün abunəçi telefonunun IMEI kodunu 5810 qısa nömrəsinə yollamaqla kampaniyaya qoşula bilər. Kampaniyaya qoşulduqdan sonra abunəçi həmin bonusu mütəmadi qaydada əldə etmək üçün hər ay nömrəsinin balansına ən azı 5 AZN yükləməlidir. “İLK” smartfonunu “Bakcell” rəsmi dilerlərindən və bir sıra tərəfdaş dükanlardan əldə etmək mümkündür. “İLK” smartfonu yalnız Bakcell nömrəsi ilə istifadə oluna bilər.

İLK smartfonu barədə əlavə məlumat almaq üçün link: http://www.bakcell.com/az/let-ilk-be-your-first-smartphone

Ötən il “Bakcell” şirkəti yerli bazarda ilk dəfə özünün brend smartfonunu təqdim edib. Cihaz Bakı və regionlarda smartfon istifadəçiləri arasında populyarlıq qazanıb və 2013- 2014-cü illər ərzində ən çox satılan smartfonlardan biri olub. Təxminən 1 ay öncə isə Bakcell daha qabaqcıl smartfon istifadəçiləri üçün Azərbaycan bazarına “ALOV”u çıxarıb və çox qısa müddət ərzində bu smartfonlar bazarda özünəməxsus yer tutub.

“Bakcell” 3G İnternet brendini və ən yaxşı mobil məlumat ötürməsi funksiyasını özündə cəmləşdirən “Bakcell” smartfonları cəlbedici xüsusiyyətlərin toplusu ilə yanaşı zərif görünüş və toxunuşa malikdir. İLK smartfonları barədə hazırlanmış reklam çarxına baxmaq üçün link:

https://www.youtube.com/watch?v=vgta54DIRZo&list=UU_9AoCPPHus8pKvFEsttBRQ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR