Azərbaycan və Çinin Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair yeni saziş imzalanıb

Azərbaycan və Çinin Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair yeni saziş imzalanıb
# 26 aprel 2013 15:56 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Çinin ədliyyə nazirinin müavini Can Sucun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 26-da Azərbaycana səfərə gəlib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyəti ilə keçirilmiş görüşdə ədliyyə naziri Fikrət Məmmədov iki ölkə arasında hüquqi əlaqələrin inkişafının müsbət dinamikasını qeyd edib, məhkəmə və ədliyyə, o cümlədən penitensiar sahədə həyata keçirilən islahatlar barədə məlumat verib.

Görüşdə çıxış edən Can Sucun isə iki ölkənin beynəlxalq təşkilatlarda bir-birlərini dəstəklədiklərini bildirərək, Azərbaycanın beynəlxalq aləmdə yüksək imicə malik ölkə kimi tanındığını vurğulayıb.

Sonra Azərbaycan və Çinin Ədliyyə nazirlikləri arasında Əməkdaşlığa dair yeni Sazişin imzalanma mərasimi keçirilib. Mərasimdə qeyd olunub ki, bu sənəd hüquq və ədliyyə sahəsində əlaqələrin inkişafına, nümayəndə heyətlərinin, habelə hüquqi məsələlərə və qanunvericiliyə dair məlumatların mübadiləsinə, birgə tədris tədbirlərinin təşkilinə, təhsil və ekspertiza müəssisələri arasında əməkdaşlığın təşviqinə xidmət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR