Rusiya və Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyalarının yaradılması barədə Memorandum imzalanıb - FOTOSESSİYA

Rusiya və Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyalarının yaradılması barədə Memorandum imzalanıb - <span style="color: red;">FOTOSESSİYA
# 20 noyabr 2015 10:28 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Rusiya və Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının təsis olunması mərasimi keçirilib. APA-nın xəbərinə görə, tədbirdə Azərbaycan təhsil naziri Mikayıl Cabbarov, Rusiyanın təhsil və elm naziri Dmitri Livanov, habelə hər iki ölkənin ali təhsil müəssisələrinin rəhbərləri iştirak edib.


M. Cabbarov çıxışında Azərbaycan və Rusiya arasında humanitar, elm və təhsil sahələrində əlaqələrin genişləndirilməsinin əhəmiyyəti haqda danışıb. O qeyd edib ki, iki ölkə arasındakı əlaqələr qarşılıqlı təcrübə mübadiləsinə, birgə innovativ layihələrin reallaşmasına zəmin yaradacaq.

D. Livanov bildirib ki, yeni yaradılacaq qurum universitetlərarası əməkdaşlıq üçün yaxşı platforma olacaq: “İki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq ümumilikdə təhsilin keyfiyyətinə müsbət təsir edəcək”.

D. Livanov Azərbaycan məktəblərində rus dilinin sistematik şəkildə tədris olunmasına görə Azərbaycan dövlətinə öz təşəkkürünü bildirib.


Daha sonra hər iki ölkənin ali təhsil müəssisələrinin rektorları tərəfindən Rusiya və Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyalarının yaradılması barədə Memorandum imzalanıb.

Qeyd edək ki, D. Livanovun Azərbaycan Dövlət İqtisad Universitetində SABAH qruplarının tələbələri ilə görüşü də nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR