Braziliyanın sabiq prezidentinə qarşı korrupsiya ittiham irəli sürülüb

Braziliyanın sabiq prezidentinə qarşı korrupsiya  ittiham irəli sürülüb
# 21 avqust 2015 00:30 (UTC +04:00)

Bakı-APA. Braziliya baş prokurorluğu ölkənin keçmiş prezidenti Fernandu Koloru di Meloya qarşı rəsmi olaraq korrupsiya ittihamı irəli sürüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, ittiham "Petrobras" dövlət neft şirkəti ətrafında davam edən qalmaqalla bağlıdır.

Braziliyanın ən iri neft şirkətində korrupsiya ilə bağlı araşdırma 2013-ci ildən etibarən davam edir. Məlumata görə, qiymətlərin süni surətdə şişirdilməsi və rüşvət halları daxil olmaqla korrupsiya sxemindən dəyən zərər 3,8 milyard dollar təşkil edir.

Qeyd edək ki, "Petrobras" şirkətinə qarşı ABŞ-da da istintaq araşdırmaları aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR