BMT: İki il ərzində Suriyada 70 mindən çox adam ölüb, 3 milyon insan qaçqına çevrilib

BMT: İki il ərzində Suriyada 70 mindən çox adam ölüb, 3 milyon insan qaçqına çevrilib
# 19 mart 2013 09:07 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. BMT-nin baş katibi Pan Gi Mun Suriya hakimiyyətini və dünya ictimaiyyətini ölkənin tam dağılmasının qarşısını almağa və problemin siyasi yolla həllinə nail olmağa çağırıb. APA-nın xəbərinə görə, BMT 2 il ərzində Suriyada 70 mindən çox adamın öldüyünü, 3 milyon insanın isə öz ev-eşiyini tərk etdiyini açıqlayıb. Baş katib Suriyanın tamamilə dağılmasının qarşısını almaq üçün hələ imkan olduğunu və təcili şəkildə problemi siyasi yolla həll etmək lazım olduğunu vurğulayıb.

Suriya Müxalifətçi və İnqilabi Qüvvələrin Milli Koalisiyası isə baş nazir vəzifəsinə namizədini müəyyənləşdirib. Koalisiya keçmiş sahibkar Həsən Hittonun namizədliyi üzərində razılığa gəlib.

Xatırladaq ki, Suriyada vətəndaş müharibəsi 2011-ci ilin martında başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR