Qobustanda baş verən yol qəzasında 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Qobustanda baş verən yol qəzasında 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb
# 11 iyul 2016 21:23 (UTC +04:00)

Qobustan. Elvin Yaqubov-APA. Bakı-Şamaxı yolunda 1 nəfərin ölümü, 2 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə iyulun 11-də axşam saat 20:00 radələrində magistral yolun 108-ci kilometrliyində, Qobustan rayonunun “Acıdərə” adlanan ərazisində qeydə alınıb.

99-FT-702 dövlət nömrə nişanlı “Nissan” və 90-EX-685 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobilləri toqquşub.

Hadisə zamanı “VAZ 2107” markalı minik avtomobilindəki sərnişinlər -Tovuz rayon sakini 1959-cu il təvəllüdlü Bayramova Südabə Bahadur qızı, bacısı 1958-ci il təvəllüdlü Bayramova Roza Bahadur qızı, 1979-cu il təvəllüdlü Şükürova Samirə Gülbala qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Südabə Bayramova aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR