I Avropa Oyunları ilə əlaqədar Bakıda tunel tipli yolötürücüsünün tikintisi davam etdirilir

I Avropa Oyunları ilə əlaqədar Bakıda tunel tipli yolötürücüsünün tikintisi davam etdirilir
# 24 iyul 2014 07:44 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA -Economics. 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar Böyükşor gölü ətrafında tikilən Olimpiya stadionuna nəqliyyat vasitələrinin birbaşa təhlükəsiz və maneəsiz çıxışını təmin edəcək avtomobil yolunun Ziya Bünyadov prospekti ilə kəsişməsində 2-ci tunel tipli yolötürücüsünün tikintisi davam etdirilir.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA –Economics”ə verilən məlumata görə, tunelin yanaşma yolları ilə birlikdə uzunluğu 510m, qapalı hissəsi 53,4m, eni isə 34,2m təşkil edəcək.

6 hərəkət zolağı üçün nəzərdə tutulan tunel tipli yolötürücüsünün svay-qazma işləri və qapalı hissənin bir tərəfində dəmir-beton tirlərin quraşdırılması yekunlaşıb. İstinad divarlarının 40, yanaşma yollarında qazıntı işlərinin 65%-i başa çatdırılıb. Hazırda döşəmə hissəsində bərkitmə işləri gedir. Yaxın günlərdə həmin hissənin betonlanmasına başlanılacaq.

Tunel istismara verildikdən sonra yeni tikilən avtomobil yolundan Olimpiya stadionu ərazisinə nəqliyyat vasitələrinin birbaşa təhlükəsiz hərəkətini təmin etməklə yanaşı, həmin hissədə dairəvi hərəkət üçün nəzərdə tutulan avtomobil yolları ilə bağlantılara imkan yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR