İşgəncənin qarşısının alınması üzrə Avropa Komitəsinin sədri Lətif Hüseynov Polşada səfərdə olub

İşgəncənin qarşısının alınması üzrə Avropa Komitəsinin sədri Lətif Hüseynov Polşada səfərdə olub
# 18 oktyabr 2014 11:19 (UTC +04:00)

Bakı – APA. İşgəncənin qarşısının alınması üzrə Avropa Komitəsinin sədri Lətif Hüseynov oktyabrın 17-də Varşavada Polşanın ədliyyə naziri Sezar Qrabarçukla görüşüb. L. Hüseynovun APA-ya verdiyi xəbərə görə, görüş zamanı Komitənin tövsiyələrinin Polşa hökuməti tərəfindən yerinə yetirilməsi vəziyyəti ətraflı müzakirə olunub, ölkənin penitensiar sistemində mövcud olan problemlərin həlli yolları barədə səmimi fikir mübadiləsi aparılıb. Görüşdə Komitə ilə Polşanın müvafiq hakimiyyət orqanları arasında əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.

L. Hüseynov həmin gün Varşava Universitetinin tələbələri qarşısında Avropada işgəncə ilə mübarizə məsələlərinə dair mühazirə ilə çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR