Gəncədə 16 yaşlı oğlanı maşın vurub

Gəncədə 16 yaşlı oğlanı maşın vurub
# 06 aprel 2015 21:26 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nizami prospektində baş verib.

Sürücüsü hələ ki, məlum olmayan ağ rəngli “VAZ 2106” markalı avtomobil şəhər sakini, 1999-cu il təvəllüdlü Sübhan Bəhmən oğlu Ələkbərovu vurub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin normal olduğunu bildirirlər.

Gəncə şəhər Baş Polis İdarəsində hadisəni törədən sürücünün tapılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR