ABŞ prezidenti məzuniyyətə çıxıb

ABŞ prezidenti məzuniyyətə çıxıb
# 08 avqust 2015 01:44 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama avqustun 23-dək məzuniyyətə çıxıb.

APA-nın “The Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, dövlət başçısı məzuniyyətini Atlantik okeanda yerləşən Martas-Vinyard adasında keçirəcək.

Obamanı səfərdə ailə üzvləri ilə yanaşı milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Syuzan Rays və Ağ Evin baş müşaviri Valeri Carrett müşayiət edir.

Ağ evin məlumatına görə, məzuniyyət dövründə dövlət başçısının iştirakı ilə hər hansı tədbirin baş tutması nəzərdə tutulmayıb.

Qeyd edək ki, Barak Obama yay məzuniyyətini ənənəvi olaraq Martas-Vinyard adasında keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR