Rauf Arifoğlu: “Bu dəfə seçki mühitini tam öyrənməyincə addım atmayacağam” - MANŞET

Rauf Arifoğlu: “Bu dəfə seçki mühitini tam öyrənməyincə addım atmayacağam” - <span style="color: red;">MANŞET
# 01 sentyabr 2015 17:13 (UTC +04:00)

"Hələ namizədliyimi verməyim barədə açıqlama yaymamışam, artıq hamı maraqlanır"


"Azərbaycanın istənilən nöqtəsindən namizədliyimi verib keçəcəyimi hər
zaman düşünmüşəm"

"Bakı rayonlarının birindən namizədliyimi verməyim daha rahatdır"

"Parlamentdə sözü olan təmsilçilərin yanında media gücü olmasının seçicilərə böyük faydası var"

"Bədxahlarımı başa düşə bilmirəm, sadəcə "namizədliyimi vermək barədə düşünürəm" kimi açıqlama vermişəm"

"Azadlıq" qəzeti bir liderə bağlı olan qeyri-azad bir qəzetdir, orada bir jurnalist də qalmayıb, qəzetin yazılarını Əli Kərimlinin mənə qarşı doğan kini hesab edirəm"

"Ölkədə tanınan, dil bilən, beynəlxalq təşkilatlarda çəkisi olan Razi Nurullayevin bütün hərəkətlərini mənimlə bağlayırlar"

"Əli Kərimlinin qərəzi, kini çox böyükdür, Əli Kərimli mənim üçün bitib, o özü özünü mənim gözümdə bitirdi "

"Əli Kərimlinin adamları Facebookda silahlanaraq hücum edir, böhtan-şantaj yağdırırlar"

"Azərbaycan insanına, qəzet oxuyan kəsiminə arxayınam. İnsanlar nəyin nə
olduğunu bilirlər, müstəqil media təmsilçinin də gücünün nə olduğunu anlayırlar"

"Bu dəfə seçki mühitini, siyahıları tam öyrənməyincə addım atmayacağam, izafi yerə vaxt ayırmaq və minlərlə insanı da məyus etmək istəmirəm"

"Arif Hacılı ilə 6 ay bir kamerada qalmışıq. Bu, müqəddəs bir şeydir"

"Hakimiyyətdə təmsil olunan çox nüfuzlu fiqurların təmsil olduğu yerdən
namizədliyimi vermərəm"

"Partiyaların namizədləri dəstəkləməsinin rolu cüzidir, əsas olanı insanların namizədləri tanımasıdır"

"Heç kimdən gözləntim yoxdur, əksinə gözləntisi olanlara kömək etməyə hazıram"

"Mənim məlumatım, həm də ümidim var ki, bu dəfə parlament seçkiləri xeyli fərqli olacaq və tərkibin 30-35 faizi dəyişəcək"

"İndiki halda boykot taktikası rəqiblərə böyük hədiyyədir, tənbəl üsuludur"

"Azərbaycan müxalifəti bu gün özü ilə tək qalıb"

"Azadlıq" qəzetinin liderlərindən ikisi Prezidentin verdiyi evdə oturur və Prezidentin, mənim əleyhimə yazılar yazırlar"

"Düşünürəm ki, 26 ilini Azərbaycan mətbuatının ayaqda qalmasına sərf edən adama fərqləndirmə diplomunun verilməsi normaldır"

"Azadlıq" qəzetinin əməkdaşları maaşı özləri qazanmırlar, Əli Kərimlinin cibindən alırlar, ona görə də bütün bunları etməyə məcburdurlar"

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR