Özlərini polis kimi təqdim edərək dələduzluq edən şəxslər tutulub - VİDEO

Özlərini polis kimi təqdim edərək dələduzluq edən şəxslər tutulub - <span style="color: red;">VİDEO
# 04 iyul 2014 09:38 (UTC +04:00)

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Yardımlı rayon sakini Balaxan Əliyev polisə ərizə ilə müraciət edərək bildirib ki, evinə gələn şəxsiyyəti məlum olmayan bir qrup şəxs özlərini polis əməkdaşı kimi təqdim edərək oğlu Rabilin Cəlilabad sakini Xəyal Həsənova narkotik vasitə satdığını bildirərək tutulmaması müqabilində ondan 20 min manat pul tələb ediblər.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakinləri Sübhan İsayev, Cavid Qurbanov, Bəhram Kərimov ə Şahin Mahmudov tutulub. Cinayətdə iştirak edən Fəqan Əhmədov və Zaur Rzayevin tutulması istiqamətində iş aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR