Bakıda sahibkar intihar edib

Bakıda sahibkar intihar edib
# 04 may 2015 07:33 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda intihar hadisəsi baş verib.

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Binə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1964-cü il təvəllüdlü Nurməmməd Yədulla oğlu Fərəcov özünə məxsus mağazada özünü asıb. Onun meyiti səhər saatlarında aşkar edilib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR