Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi bir ildə 10% azalıb

Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi bir ildə 10% azalıb
# 18 avqust 2014 09:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 18 133 507,99 min ABŞ dolları təşkil edib.

APA-Economics”in Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrünə nisbətən 9,53% azdır.

Bu ilin 7 ayı ərzində idxal əməliyyatları 4 884 455,66 min dollar olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 20,97% azdır.

Belə ki, yanvar-iyul aylarında ölkənin ixrac əməliyyatları üzrə 13 249 052,33 min dollar olub ki, bu ötən ilin müvafiq dövrünə nisbətən 4,44% azdır.

Nəticədə 8 364 596,67 min. dollar müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,9% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR