Bakı. Şəhriyar Əlizadə - APA. “Lukoil Azərbaycan” QSC “Real-Qaz” MMC şirkətini məhkəməyə verib.
APA-nın məlumatına görə, “Lukoil Azərbaycan” QSC debitor borcun ödənilməsi barədə iddia tələbi ilə Şirvan İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin edib. Həmin qərardan narazı qalan “Real-Qaz” MMC apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi isə şikayəti təmin etməyib. Bundan sonra “Real-Qaz” MMc Ali Məhkəməyə müraciət edib. Hazırda kassasiya şikayətinə Ali Məhkəmədə baxılır.
Qeyd edək ki, “Real-Qaz” MMC texniki qazların istehsalı, satışı və servisi ilə məşğul olur.