Ermənistanda həbs olunan müxalifətçilərin azadlığa buraxılması tələbi ilə aksiya keçirilib

Ermənistanda həbs olunan müxalifətçilərin azadlığa buraxılması tələbi ilə aksiya keçirilib
# 08 aprel 2015 17:27 (UTC +04:00)

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, aksiyada iştirak edənlər həbslər üçün heç bir səbəbin olmadığını bildirib, həbs olunanlara azadlıq tələb ediblər. Bundan başqa hakimiyyətin fərqli fikirdə olanlardan qorxduğunu diqqətə çatdırıblar. Bəyan edilib ki, “Təsisedici parlament”in 24 apreldə keçirmək istədiyi aksiya qüvvədə qalır.

Xatırladaq ki, Ermənistan xüsusi istintaq komitəsi həbs olunanları aprelin 24-də “erməni soyqırımının ildönümü” ilə əlaqədar planlaşdırılan tədbirlərdə iğtişaş törətməyi planlaşdırmaqda günahlandırır. Saxlanılanlar silah, döyüş sursatları və partlayıcı maddələrin qanunsuz saxlanılmasında da ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR