Gədəbəydə bank binasında yanğın olub

Gədəbəydə bank binasında yanğın olub
# 19 aprel 2013 10:09 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda bankda yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Gədəbəy şəhəri ümumi sahəsi 204 kvadratmetr olan birmərtəbəli bank binasında qeydə alınıb. Yanğın nəticəsində bank binasının lambrindən ibarət tavanı 3 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 08:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR