Rusiyada keçirilən aqrosənaye sərgisində Azərbaycanı 15 şirkət təmsil edir - FOTO

Rusiyada keçirilən aqrosənaye sərgisində Azərbaycanı 15 şirkət təmsil edir - <span style="color: red;">FOTO
# 08 oktyabr 2014 13:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Moskvada “Qızıl payız - 2014” adlı 16-cı Rusiya aqrosənaye sərgisi fəaliyyətə başlayıb.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, sərgidə kənd təsərrüfatı məhsulları nümayiş etdirilir, eləcə də bu məhsulların satışı təşkil edilir.

Oktyabrın 8-11-də fəaliyyət göstərəcək “Qızıl payız - 2014” sərgisində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən 14 Azərbaycan şirkəti iştirak edir. Bu şirkətlər meyvə-tərəvəz məhsulları ilə yanaşı, müxtəlif növ meyvə şirələri, cemlər, mürəbbələr, tomat pastası və s. kimi emal məhsullarını nümayiş etdirir və satışını həyata keçirirlər.

Sərgi Azərbaycan şirkətləri üçün istehsal etdikləri məhsulların tanıdılması, ixracının daha da artırılması, həmçinin yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir.

“Qızıl payız - 2014” adlı 16-cı Rusiya aqrosənaye sərgisində Azərbaycan şirkətlərinin təqdim etdiyi məhsulların çoxçeşidliliyi, yüksək keyfiyyəti, qablaşdırma səviyyəsi rusiyalı istehlakçılar tərəfindən böyük maraqla qarşılanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR