“New Europe”: Bakıda idmançıların medallardan əlavə, 2016-cı il Olimpiya Oyunlarına lisenziya qazanmaq şansları var

“New Europe”: Bakıda idmançıların medallardan əlavə, 2016-cı il Olimpiya Oyunlarına lisenziya qazanmaq şansları var
# 06 iyun 2015 11:25 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Avropanın “New Europe" saytında Azərbaycanda keçiriləcək Avropa Oyunları ilə bağlı məqalə dərc olunub.

APA-nın məlumatına görə, məqalədə Avropanın 50 dövlətinin atletlərinin Bakıda 20 idman növü üzrə mübarizə aparacağı qeyd edilir. Bildirilir ki, idman yarışının rəsmi açılış mərasimi Bakıda 68 min tamaşaçı tutumu olan yeni stadionda keçiriləcək: “Bu yarışın keçirilməsinin orada iştirak edəcək atletlər üçün bir sıra üstünlükləri var. Birincisi, onların öz ölkələrini təmsil etmək, medal qazanmaq şansı əldə edir. Ən əsası isə, 2016-cı il Rio Olimpiya Oyunlarına lisenziya qazanmaq şansları var”.

Xəbərdə Avropa Olimpiya Komitəsinin növbəti yarışın 2019-cu ildə Niderlandda keçirilməsi barədə qərar qəbul etdiyi də xatırladılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR