Ələt-Qobustan mənzilində 12 kilometr yol əsaslı təmir olunur

Ələt-Qobustan mənzilində 12 kilometr yol əsaslı təmir olunur
# 10 noyabr 2015 06:14 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu – APA. Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verilib.

“Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov APA-ya bildirib ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Artıq Biləcəri stansiyasında 1,5 km uzunluğunda baş yol əsaslı təmir olunub.

Noyabrın 10-da Ələt-Qobustan mənzilində 12 km yolun əsaslı təmirinə başlanılıb. Əsaslı təmir işlərinin yeni yaradılmış 5 saylı “İxtisaslaşmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Müəssisənin rəisi Rizvan Rzayevin verdiyi məlumata görə, səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb. Təmir işləri bir həftə davam edəcək.

Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR