Bakıda yaşayış binasında yanğın olub, 3 nəfər təxliyyə edilib

Bakıda yaşayış binasında yanğın olub, 3 nəfər təxliyyə edilib
# 25 sentyabr 2015 23:08 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən vətəndaşa məxsus sahəsi 10 kv.m olan otağın içərisinə yığılmış şirniyyat qutuları 5 kv.m sahədə və 0.5 p.m elektrik kabeli yanıb. Yanğın zamanı 5-ci mərtəbə mənzildən 3 nəfər sakin təxliyə olunub.

Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR