AMEA Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən çap olunan 20-dən çox kitabın təqdimatı keçiriləcək - FOTO

AMEA Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən çap olunan 20-dən çox kitabın təqdimatı keçiriləcək - <span style="color: red;">FOTO
# 29 yanvar 2013 08:17 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva-APA. AMEA Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən 2010-2012-ci illərdə 20-dən artıq kitab, kataloq, broşur və buklet nəşr olunub. Muzeydən APA-ya verilən xəbərə görə, nəşrlər Azərbaycan tarixinin aktual məsələlərinə, həmçinin muzeydə qorunan eksponatlara həsr olunub. Onların sırasında “Milli Azərbaycan Tarixi Muzeyi kolleksiyasının inciləri» kataloq - albomu, “Hacı Zeynalabdin Tağıyev» albomu, “Azərbaycanın antropomorf terrakotları”, “Şirvanın bədii metalı”, “Mirzə Fətəli Axundzadə - 200”, “Xurşid Banu Natəvan – 180”, “Azərbaycanın müdafiə silahları” kataloqları, “Hacı Zeynalabdin Tağıyevin qız məktəbi tarixindən”, “Azərbaycanın Paris sülh konfransındakı elçiləri”, “Azərbaycan xanlıqlarının bayraqları”, “Biz birlikdə qalib gəldik!”, “Azərbaycan xalqının mənəvi həyatı” kitabları, “Qarabağın tarixi-mədəni irsi”, “Qafqaz Albaniyasının epiqrafik abidələri”, “Azərbaycanın maddi və mənəvi mədəniyyətində zərdüştlük dövrünün kaşıları” adlı bukletlər xüsusi yer tutur.

Kitabların təqdimatı fevralın 7-də Milli Azərbaycan Tarixi Muzeyində keçiriləcək. Tədbirdə Azərbaycan tarixi və mədəniyyəti, muzeyin zəngin kolleksiyaları ilə maraqlanan bütün şəxslər iştirak edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR