Baş nazirin müavini Əli Həsənov Mingəçevirdə məcburi köçkünlərlə görüşüb - FOTO

Baş nazirin müavini Əli Həsənov Mingəçevirdə məcburi köçkünlərlə görüşüb - <span style="color: red;">FOTO
# 11 aprel 2013 11:08 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov-APA. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün Mingəçevir şəhərində məcburi köçkünlər üçün yeni salınan yaşayış kompleksinin tikintisi ilə tanış olub. APA-nın məlumatına görə, Əli Həsənov mənzillərə, orta məktəbin sinif otaqlarına, kompüter mərkəzinə, idman zalına baxış keçirərək orada yaradılan şəraitlə tanış olub.

O, yaşayış kompleksinin həyətində məcburi köçkünlərlə görüşərək onların problemləri ilə də maraqlanıb. Əli Həsənov məcburi köçkünləri narahat edən problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verib.

Məlumat verilib ki, Mingəçevirdə inşası yeni başa çatdırılan yaşayış kompleksinin həyətində hazırda abadlıq işləri görülür. On 9 mərtəbəli yaşayış binasının daxil olduğu kompleksdə 480 şagird yerlik məktəb, 50 yerlik uşaq bağçası, klub, inzibati bina inşa olunub. Binalardakı mənzillərin 34-ü bir, 259-u iki, 182-si üç, 27-si dördotaqlıdır. Ümumilikdə 502 ailə üçün nəzərdə tutulan yaşayış kompleksinin bu yaxınlarda məcburi köçkünlərin istifadəsinə verilməsi nəzərdə tutulur. Kompleksə Mingəçevir şəhərindəki orta məktəb binalarında, yataqxanalarda, həmçinin istismar müddəti başa çatan Fin tipli qəsəbədə məskunlaşan ailələr köçürüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR