Bakıdan Şəkiyə buğda daşıyan teplovozda yanğın baş verib

Bakıdan Şəkiyə buğda daşıyan teplovozda yanğın baş verib
# 13 oktyabr 2012 07:12 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Yanğından Mühafizə Hissəsindən (YHM) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə Yevlax-Şəki dəmir yol xəttinin 51-ci kilometrliyində, Şəki rayonu Suçma kəndi ərazisində qeydə alınıb.

Hadisə yerinə dərhal FHN-in Şəki YMH-nin texnikası və canlı qüvvəsi göndərilib. Yanğınsöndürənlərin səyi nəticəsində teplovozun mühərrikində baş verən yanğın qısa zaman ərzində söndürülüb. Yanğın nəticəsində teplovozun mühərrik hissəsi qismən və bir ədəd dəmiryol xəttinin şpalı yanıb.

Yük qatarı Bakıdan Şəkiyə Qazaxıstan buğdası gətirirmiş. Yanğın baş verən zaman teplovozun arxasında 7 vaqon buğda olub. Faktla bağlı Şəki rayon YMH-də araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR