Xaçmazda avtomobil yanıb

Xaçmazda avtomobil yanıb
# 26 oktyabr 2012 07:00 (UTC +04:00)
Xaçmaz. Vəli Turan-APA. Bu gün axşam saatlarında Xaçmaz şəhərində avtomobil yanıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 22 yaşlı Xaçmaz şəhər sakini Yasin Zülfüqarovun idarə etdiyi “10 EZ 717” qeydiyyat nişanlı “Vaz 21 099” markalı nəqliyyat vasitəsi qəfildən alışıb. Yanğının söndürülməsinə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını cəlb olunub. Alov söndürülüb, hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR