Norveçdə Azərbaycan Evi açılıb

Norveçdə Azərbaycan Evi açılıb
# 07 oktyabr 2012 21:10 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Norveçin paytaxtı Oslo şəhərində Azərbaycan Evinin açılışı olub. Bu barədə APA-ya mərkəzin sözçüsü Mahnı Turanlı açıqlama verib.

O bildirib ki, Azərbaycan Evinin əsas məqsədi xalqımızın mədəniyyətini, tarixini və milli maraqlarını Norveçdə yaşayan azərbaycanlılara, digər türk dilli millətlərə və Norveç cəmiyyətinə tanıtmaqdır: “Mərkəzimiz azərbaycanlı və türk dostlarımızın görüş yeridir. Burada əsas ünsiyyət dili Azərbaycan türkcəsidir.

Hədəfimiz Norveçdə yaşayan azərbaycanlıları bir araya gətirmək, əlaqələri inkişaf etdirmək və soydaşlarımızın ictimai fəaliyyətini aktivləşdirməkdir. Eləcə bu ölkədə yaşayan azərbaycanlıların Norveç cəmiyyətinə inteqrasiyasına yardım etməkdir. Azərbaycan Evi dini və cinsi ayrı-seçkilik olmadan sadaladığım məqsədlər naminə hər kəsin bir araya gələ biləcəyi mərkəzdir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR