AMEA Rəyasət Heyəti doktoranturaya qəbul imtahanlarının günlərini tezliklə təyin edəcək

AMEA Rəyasət Heyəti doktoranturaya qəbul imtahanlarının günlərini tezliklə təyin edəcək
# 02 oktyabr 2012 09:18 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti yaxın günlərdə AMEA sistemi üzrə doktoranturaya qəbul imtahanlarının günlərini təyin edəcək. AMEA-nın I vitse-prezidenti Arif Həşimov APA-ya açıqlamasında deyib ki, doktoranturaya ilk imtahan ixtisas fənlərindən olacaq: “Sonra isə fəlsəfə və xarici dildən imtahanlar olacaq. İxtisas fənləri üzrə imtahanlarının keçirilmə günlərini Akademiyanın institutları özləri müəyyənləşdirəcəklər. Xarici dil və fəlsəfədən imtahanlar isə AMEA tərəfindən mərkəzləşmiş qaydada keçiriləcək”.

A. Həşimov qeyd edib ki, doktoranturaya qəbul imtahanları oktyabrın sonuna qədər yekunlaşacaq: “Qəbul imtahanlarından sonra nəticələrə institutların elmi şuralarında, AMEA-nın bölmələrində və Rəyasət Heyətində baxılacaq. Bu proses ilin sonun qədər uzanacaq. Yeni doktorantlar dərsə yanvarın 1-dən başlayacaqlar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR