ABŞ-da hərbi bazanı ildırım vurması nəticəsində 10 əsgər yaralanıb

ABŞ-da hərbi bazanı ildırım vurması nəticəsində 10 əsgər yaralanıb
# 15 avqust 2012 23:44 (UTC +04:00)
Bakı-APA. ABŞ-da Nyu-York yaxınlığında hərbi bazanı ildırım vurması nəticəsində 10 əsgər yaralanıb.

Verilən məlumata görə, ildırım Fort Drum hərbi bazasında təlim keçirən əsgərləri vurub.

Yaralanan əsgərlər xəstəxanaya çatdırılıblar.

Fort Drum hərbi bazasında ABŞ-ın 10-cu Dağ Diviziyası yerləşir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR