Dövlət Statistika Komitəsi: Azərbaycanda internet tarifləri sentyabrda 13% azalıb

Dövlət Statistika Komitəsi: Azərbaycanda internet tarifləri sentyabrda 13% azalıb
# 16 oktyabr 2012 09:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayında Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma və sərnişindaşıma tarifləri əvvəlki aya nisbətən müvafiq olaraq 0,5% və 0,1% azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi idxal üzrə 9,9%, yerli əlaqə üzrə 7,8%, ixrac üzrə 0,8%, tranzit üzrə 1,7%, həmçinin MDB ölkələrinə sərnişindaşıma tarifləri 7% ucuzlaşıb.

Dəniz nəqliyyatı vasitəsilə MDB ölkələrinə yükdaşıma tarifləri 0,1% ucuzlaşıb.

Hava nəqliyyatında xarici ölkələrə sərnişindaşıma tarifləri 0,1%, MDB ölkələrinə yükdaşıma və sərnişindaşıma tarifləri isə uyğun olaraq 0,7% və 10,5% bahalaşıb.

Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,2% ucuzlaşıb.

Telekommunikasiya sahəsində internet tarifləri 13% ucuzlaşıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR