® «Bank Respublika» «PayKart» bonus sistemini təqdim edir

<font color=red>® </font>«Bank Respublika» «PayKart» bonus sistemini təqdim edir
# 05 noyabr 2012 12:54 (UTC +04:00)
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu sistemin mahiyyəti xərclənmiş məbləğdən toplanan vəsaitlərdir. «Bank Respublika»nın istənilən plastik kart sahibləri avtomatik qaydada bu proqramın iştirakçılarına çevrilir.

Sistemin iş prinsipi kifayət qədər sadə, aydın və effeklidir. Müştərinin xüsusi hesabına toplanan məbləğ «Pay» adlanır. Bu «Pay»ları isə müştəri partnyor şirkətlərin şəbəkəsi çərçivəsində xərcləyə bilər.

Plastik kartla hesablaşdıqda toplanan «Pay» bonuslar sərfəli alış-veriş etməyə imkan verir, bununla da sərf olunan məbləğin müəyyən hissəsinə qənaət olunur. Bu gün «PayKart» sisteminin 26 partnyoru var, onların sırasında «Puma», «SİSLEY», «Tommy Hilfiger», «United Colors of Benetton», «Accessorize» mağazalar şəbəkəsi, «Finestra» restoranı, «Happy Land» Uşaq Əyləncə Mərkəzi, «Mado» restoranı, «Pəncərə» restoranı, «Cinnabon» kafeləri, «MONNALİSA» uşaq geyimləri və aksesuarları mağazaları, «EL-Resort» və «Aynur» istirahət mərkəzləri, «Diva Spa» mərkəzi, «Everest Market», «Favorit Market», «İmpuls» mağazası, «İDEAL» parfumeria və kosmetika mağazaları, «Telefon» və «Gallery» mağazalar şəbəkəsi, «Əli və Nino» kitab mağazaları şəbəkəsi daxildir.

Sistemin konkret partnyorundan asılı olaraq hər alış-verişdə 15%-dək «Pay» verilir.

«PayKart» sistemi barəsində əlavə və daha ətraflı məlumat bankın korporativ saytının müvafiq bölməsində dərc olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR