Qobustanda baş verən zəncirvari avtoqəzada bir nəfər ölüb, 3 nəfər xəsarət alıb

Qobustanda baş verən zəncirvari avtoqəzada bir nəfər ölüb, 3 nəfər xəsarət alıb
# 15 avqust 2012 19:46 (UTC +04:00)
Qobustan. Elvin Yaqubov-APA. Bakı-Şamaxı yolunda zəncirvari avtomobil qəzası baş verib, bir nəfər ölüb, 3 nəfər xəsarət alıb. APA-nın məlumatına görə hadisə bu gün axşam saatlarında magistral yolun 52.8-ci kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb. Sədiyarov Qurban Mirağa oğlunun idarə etdiyi 45-BB-162 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik maşını qarşı tərəfdən gələn Əbilağa Mirişovun idarə etdiyi 90-HU-877 dövlət nömrə nişanlı “KİA” markalı və Elmir Əliyevə məxsus 90-DP-404 dövlət nömrə nişanlı “Hyundai” markalı maşınla toqquşub. Hadisə nəticəsində “VAZ 2107” markalı maşını idarə edən sürücünün qardaşı Vüqar Sədiyarov aldığı ağır bədən xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Hər 3 avtomobilin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı BDYPİ-nin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR