Yardımlıda 6 saylı Ərazi Vergilər İdarəsinin xidmət terminalı açılıb

Yardımlıda 6 saylı Ərazi Vergilər İdarəsinin xidmət terminalı açılıb
# 17 oktyabr 2012 14:25 (UTC +04:00)
Yardımlı. Ağəddin Babayev – APA. Bu gün Yardımlı şəhərində 6 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyicilərinə xidmət üzrə kompüter terminalının açılışı olub.

APA-nın Cənub bürosunun məlumatına görə, yerli sahibkarların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçən tədbiri giriş sözü ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov açıb.

Daha sonra vergilər nazirinin müşaviri Ələkbər Məmmədovun və 6 saylı Ərazi Vergi İdarəsinin rəisi Xosrov Əsgərovun çıxışları dinlənilib. Bildirilib ki, vergilərin könüllü ödənilməsi sisteminin gücləndirilməsi, regionlarda sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə Vergilər Nazirliyi tərəfindən regionlarda, xüsusilə vergi orqanı olmayan iri şəhər və rayonlarda vergi ödəyicilərinə xidmət mərkəzləri yaradılır. Hazırda respublikada müasir standartlara cavab verən 36 belə xidmət mərkəzi fəaliyyət göstərir və ilin sonunadək daha 4 mərkəzin istifadəyə verilməsi nəzərdə tutulub. Yeni istifadəyə verilən terminalın fəaliyyət istiqamətlərindən danışan natiqlər burada lazımi şərait yaradıldığını xüsusi qeyd edərək, vergi ödəyicisi kimi qeydiyyatdan keçmək istəyən hər bir şəxsin daha Lənkəran şəhərində yerləşən 6 saylı Ərazi Vergilər İdarəsinə getməsinə ehtiyac qalmadığını, bütün məsələlərin elə yerindəcə həll olunacağını diqqətə çatdırıblar.

Sonda vergi ödəyicilərini maraqlandıran suallara cavab verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR