Gürcüstanda “Əmək birjası” yaradılır

Gürcüstanda “Əmək birjası” yaradılır
# 10 avqust 2012 16:58 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda işsizlik problemini həll etmək üçün “Əmək birjası” yaradılır. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın Məşğulluq üzrə naziri Paata Trapaidze “Şereton Metexi Palats” mehmanxanasında Gürcüstan iş adamları ilə görüşdə bildirib. Məlumata görə, tədbirdə 40 iş adamı iştirak edib. Məşğulluq üzrə nazir bildirib ki, yeni yaradılan “Əmək birjası” iş axtaranlarla iş adamları arasında qısa körpü olacaq. Tədbirdə nazir biznes dairəsinin nümayəndələrini altı maddəlik iş planı ilə tanış edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR