Azərbaycanda 2012-2013-cü dərs ilində 379 məktəbin II sinfində, 75 məktəbin III sinfində şahmat fənni tədris ediləcək

Azərbaycanda 2012-2013-cü dərs ilində 379 məktəbin II sinfində, 75 məktəbin III sinfində şahmat fənni tədris ediləcək
# 11 sentyabr 2012 08:10 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Təhsil Nazirliyinin tabeliyində olan idman məktəblərinin yetirmələri 2011-2012-ci dərs ilində respublika birincilik və çempionatlarında 315 qızıl, 235 gümüş, 1121 bürünc olmaqla, ümumilikdə 1671 medal qazanıblar. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilənxəbərə görə, idman məktəblərinin yetirmələri milli yığma komandaların tərkibində Avropa, dünya birinciliklərində və beynəlxalq turnirlərdə 62 qızıl, 47 gümüş, 92 bürünc medal əldə ediblər.

Hazırda ölkə üzrə fəaliyyət göstərən 375 məktəbdənkənar təhsil müəssisəsində maraq və qabiliyyətlərinə uyğun olaraq 226537 şagird müxtəlif dərnəklərə cəlb olunub.

Bu ilin yanvarından hər şəhər və rayonda bir ümumi təhsil məktəbində şahmat fənninin tədrisinə başlanılıb. 2012-2013-cü dərs ilində 379 məktəbin II sinfində, 75 məktəbin III sinfində şahmat fənni tədris ediləcək. Bununla əlaqədar müvafiq proqram, dərs vəsaiti, o cümlədən elektron tədris resursları hazırlanıb məktəblərə çatdırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR