Azərbaycanda icbari tibbi sığorta yaxın zamanlarda tətbiq ediləcək

Azərbaycanda icbari tibbi sığorta yaxın zamanlarda tətbiq ediləcək
# 26 sentyabr 2012 10:23 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycanda icbari tibbi sığorta yaxın zamanlarda tətbiq ediləcək. APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib.

Onun sözlərinə görə, icbari tibbi sığortanın əhəmiyyəti çox böyükdür və vacibdir: “Bu, həm profilaktika, həm əhaliyə keyfiyyətli tibbi yardım, həm də səhiyyənin maliyyələşdirilməsi prinsipinin dəyişdirilməsi baxımından çox əhəmiyyətlidir. Azərbaycan səhiyyə sisteminin dünya səhiyyə sisteminə inteqrasiyasını təmin etmək üçün icbari tibbi sığortanın tətbiqi vacibdir”.

A.Qədirli bildirib ki, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi məsələsi ilə Səhiyyə Nazirliyi məşğul olmur: “2008-ci ildən bu iş Nazirlər Kabinetinin nəzdində yaradılmış İcbari Tibbi Sığorta Agentliyi məşğul olur. Bu sahədə işlər davam edir. Güman edirəm ki, yaxın zamanlarda Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə başlanacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR