Hüquq müdafiəçisi polis şöbəsində baş verən ölüm faktı ilə bağlı Ramil Usubova müraciət edəcək

Hüquq müdafiəçisi polis şöbəsində baş verən ölüm faktı ilə bağlı Ramil Usubova müraciət edəcək
# 23 avqust 2012 12:32 (UTC +04:00)
E. Behbudovun APA-ya verdiyi məlumata görə, Şirvan şəhər Polis Şöbəsində 19 nəfər təqsirləndirilən şəxs saxlanılır: “Bbir nəfər təqsirləndirilən şəxs bizə müstəntiqdən şikayət etmişdi. Həmin şikayəti araşdırdıq. Fakt öz təsdiqini tapmadı. Zərdab rayon Polis Şöbəsində isə avqustun 21-də orada vəfat edən təqsirləndirilən şəxs Arzu Hüseynovun ölüm səbəblərini araşdırdıq. Onun qardaşı Samir bizim komitəyə müraciət etmişdi ki, bu məsələ araşdırılsın. Polis Şöbəsində mənə bildirdilər ki, hazırda fakt üzrə prokurorluq tərəfindən araşdırma aparılır. Onun meyiti də tibbi ekspertizadan keçirilib. Yaxın günlərdə daxili işlər naziri Ramil Usubovla görüşəcəyəm və ondan da bu məsələnin ətraflı araşdırılması barədə göstəriş verməsini xahiş edəcəyəm”.

E. Behbudov, həmçinin Müdafiə Nazirliyinin Salyanda yerləşən “N” saylı intizam xarakterli hərbi hissəsində də monitorinq keçirdiklərini bildirib: “Orada 55 nəfər əsgər saxlanılırdı. Hər hansı şikayətləri olmadı. 2011-2012-ci illərdə məhkum əsgərlər arasında ölüm faktı, vərəm xəstəliyinə yoluxma halları olmayıb”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR