Ombudsman Aparatının əməkdaşları polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarına başçəkmə həyata keçiriblər

Ombudsman Aparatının əməkdaşları polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarına başçəkmə həyata keçiriblər
# 01 avqust 2012 11:00 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Ombudsmanın İşgəncələr Əleyhinə Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri olan Quba Regional Mərkəzinin əməkdaşları Qusar, Xaçmaz, Siyəzən, Şabran, Xızı rayon polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarına başçəkmələr həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qrupun üzvləri başçəkmə zamanı bu müəssisələrdəki saxlanma şəraitini araşdırıblar. Həmçinin saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olublar. Başçəkmə zamanı hər hansı pozuntu aşkar edilməyib. Müvəqqəti saxlanma təcridxanalarında saxlanılan şəxslərlə söhbət aparılıb, onlara hüquqları izah olunub. Həmin şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən, onlara qarşı rəftardan şikayət etməyiblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR