Azərbaycan güləşçiləri finalda - YENİLƏNİB

Azərbaycan güləşçiləri finalda - <font color=red>YENİLƏNİB</font>
# 11 avqust 2012 16:05 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, hər 3 pəhləvanımız millimizin aktivindəki medalların sayını artırmaq gücündədir.

60 kq çəki dərəcəsində xalçaya çıxan Toğrul Əsgərov ilk mərhələdən azad idi. Avropa çempionumuz 1/8 finalda almaniyalı Tim Şleyherlə qarşılaşıb. Görüş həmyerlimiz üçün yaxşı başlayıb. O, birinci hissədə 2:0 hesabı ilə qalib gəlib. Növbəti 2 dəqiqə də pəhləvanımız üçün uğurlu alınıb. Əsgərov bu dəfə 7:1 hesabı ilə rəqibini məğlub edib və 1/4 finala yüksəlib.

Onun bu dəfə rəqibi yaponiyalı Keniçi Yumoto olub. Toğrul Asiya təmsilçisinə də gücünü göstərib. Hər 2 hissədə rəqibindən üstün olan (1:0, 2:2) güləşçimiz yarımfinalda iştirak hüququ qazanıb.

Yarımfinalda amerikalı Koleman Skottla üz-üzə gəlmiş T. Əsgərov artıq finalda yarışacaq.

84 kq çəki dərəcəsində isə Şərif Şərifov da yarışa 1/8 finaldan qatılıb. O, ilk qarşılaşmasında türkiyəli İbrahim Bölükbaşını xalçaya dəvət edib.

Qarşılaşmanın birinci hissəsi təmsilçimizin xeyrinə başa çatıb – 3:1. Ardınca rəqib görüşdə tarazlıq yaratmaq istəsə də, Şərifov buna imkan verməyib. Bu dəfə də 5:3 hesabı ilə qələbə qazanan idmançımız növbəti mərhələyə yüksəlib.

1/4 finalda Şərif amerikalı Ceyk Herberti sınağa çəkib. O, ilk 2 döyüşündən fərqli, bu dəfə daha əla döyüş nümayiş etdirib. Birinci hissədə 4:1 hesablı qələbəyə sevinən təmsilçimiz ikinci hissədə 6 xal öndə olduğu üçün vaxtından əvvəl qalib olunub.

İdmançımızın yarımfinalda rəqibi iranlı Naser Laşqarini də məğlub edib və finala çıxıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR