Mixail Saakaşvili və Bidzina İvanişvili arasında görüş keçirilib

Mixail Saakaşvili və Bidzina İvanişvili arasında görüş keçirilib
# 09 oktyabr 2012 11:58 (UTC +04:00)
APA-nın Gürcüstan xəbər saytlarına istinadən verdiyi məlumata görə, görüş yarım saata yaxın davam edib.

M. Saakaşvili jurnalistlərə açıqlamasında hakimiyyətin yeni hökumətə təhvil verilməsi prosesinin sülh şəraitində həyata keçiriləcəyini deyib: “Bizim aramızda bir çox siyasi və fundamental məsələlərlə bağlı fikir ayrılıqları qalır, lakin öz məsuliyyətini dərk edən hakimiyyət olaraq və Konstitusiyanın təminatçısı olan bir dövlət başçısı kimi mən çalışacağıq ki, hakimiyyətin ötürülməsi problemsiz gerçəkləşsin. Gürcüstan tarixində ilk dəfə gürcü xalqının maraqları nəzərə alınaraq demokratiya qorundu. Xalqımıza uğurlar arzulayıram. Əminəm ki, Gürcüstanın parlaq gələcəyi var və biz bir vətəndaş kimi bu gözəl gələcəyin bir parçası olacağıq”.

Bidzina İvanişvili isə opponentləri ilə onların layiq olduğu kimi, yox, ölkənin, xalqın, gürcü mədəniyyətinin layiq olduğu kimi rəftar edəcəklərini bəyan edib: “Bu görüş göstərdi ki, biz mədəni millətik.
Mənim və mənim komandamın hakimiyyətin demokratik yolla dəyişməsi ilə bağlı yaratdığı presedent tarixdə layiqincə xatırlanacaq. Yaxşı ki, biz görüşdük. Yaxşı ki, Saakaşvili seçkidən sonra mənim təriflədiyim bəyanatı verdi”.

B. İvanişvili görüşdə xarici siyasət prioritetlərinin də müzakirə olunduğunu söyləyib: “Gürcüstanın NATO və Avropa Birliyi ilə yaxınlaşması məsələsində mövqelərimiz üst-üstə düşür. Bizim strategiyamız Avropaya və Avroatlantik strukturlara inteqrasiyadır. Bir müddət sonra Gürcüstan mütləq NATO-nun üzvü olacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR