Azərbaycan bank sektorunda kreditləşmə 3% artıb

Azərbaycan bank sektorunda kreditləşmə 3% artıb
# 18 oktyabr 2012 14:44 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin avqust ayında Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının məcmu kredit portfeli 331,4 mln. manat və ya 3,1% artaraq 11 157,8 mln. manata çatıb.

«APA-Economics»in Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, avqustda ticarət və xidmət sektoruna (57,4 mln. manat və ya ümumi artımın 17,3%-i), energetika və kimya sektoruna (117,3 mln. manat, 35,4%), kənd təsərrüfatı və emal sektoruna (10,8 mln. manat, 3,3%), nəqliyyat və rabitə sektoruna (23,2 mln. manat, 7%), əhaliyə verilən istehlak kreditlərində (108,4 mln. manat, 32,7%) artım baş verib. Sənaye və istehsala verilən kreditlərin həcmi isə 16,1 mln. manat azalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR