İsmayıllıda 3 avtomobil toqquşub, xəsarət alanlar var

İsmayıllıda 3 avtomobil toqquşub, xəsarət alanlar var
# 30 iyul 2012 20:48 (UTC +04:00)
İsmayıllı. Elvin Yaqubov-APA. Muğanlı-İsmayıllı avtomobil yolunda zəncirvari avtomobil qəzası baş verib, xəsarət alanlar var. APA-nın məlumatına görə hadisə bu gün axşam saatlarında yolun 25-ci kilometrliyində, İsmayıllı şəhəri ərazisində qeydə alınıb. Cəlilabad sakini 1970-ci il təvəllüdlü Rafət Əliyevin idarə etdiyi 90-FR-466 dövlət nömrə nişanlı “Mersedes C-240” markalı minik maşını qarşı tərəfdən gələn Sumqayıt sakini 1957-ci il təvəllüdlü Abbas Həsənəliyevə məxsus 99-BN-825 dövlət nömrə nişanlı “VAZ 21154” dövlət nömrə nişanlı və Bakı sakini 1972-ci il təvəllüdlü Rüfət Nuriyevin idarə etdiyi 10-XC-114 dövlət nömrə nişanlı “Mersedes E-320” markalı maşınla toqquşub. Hadisə nəticəsində Rüfət Nuriyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Digər sürücülər isə ambulator müalicə alaraq evə buraxılıblar.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR