TQDK növbəti tədris ili üçün qəbul imtahanları proqramlarının müzakirəsinə başlayıb

TQDK növbəti tədris ili üçün qəbul imtahanları proqramlarının müzakirəsinə başlayıb
# 16 oktyabr 2012 09:22 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) növbəti tədris ili üçün qəbul imtahanları proqramlarının müzakirəsinə başlayıb. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, dünəndən başlayaraq Komissiyada fənlər üzrə elmi-metodiki seminarlara start verilib. Seminarlarda növbəti tədris ili üçün qəbul imtahanlarının proqramları, mərkəzləşmiş buraxılış imtahanlarının nəticələri müzakirə ediləcək, abituriyentlərin test tapşırıqlarına verdikləri cavabların statistikası əsasında araşdırmalar aparılacaq.

Artıq Komissiya tərəfindən elmi-metodiki seminarların qrafiki müəyyən olunub. Seminarlara TQDK-nın regional bölmələrinin əməkdaşları da canlı bağlantı vasitəsilə qoşula biləcəklər. İlk seminarlar ali təhsil müəssisələrinin magistratura səviyyəsinə xarici dillər (ingilis, alman, fransız, rus, ərəb və fars dilləri) və Azərbaycan dili, xarici dil (ingilis, alman, və fransız dilləri) üzrə keçiriləcək.

E. Nağızadə deyib ki, seminarlar bütün ali və orta məktəb müəllimlərinin, təhsil üzrə ekspertlərin üzünə açıqdır. Arzu edənlər seminarlarda iştirak edərək təkliflərini səsləndirə bilərlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR