AMİP Massaçusets ştatının Nümayəndələr Palatasının qəbul etdiyi qətnaməni pisləyib

AMİP Massaçusets ştatının Nümayəndələr Palatasının qəbul etdiyi qətnaməni pisləyib
# 08 avqust 2012 14:01 (UTC +04:00)
Bakı-APA. Massaçusets ştatının Nümayəndələr Palatası ABŞ Konqresinə və prezidentinə ünvanlanan qətnamə qəbul edib. APA-nın məlumatına görə, qətnamə müəllifləri prezidenti və Konqresi Dağlıq Qarabağın “demokratik” müstəqilliyini müdafiə etməyə çağırırlar. AMİP qəbul olunan bu qətnaməni kəskin pisləyərək bəyan edib ki, Minsk Qrupuna daxil olan bir dövlətin ştatının qəbul etdiyi bu qətnamə ABŞ-ın problemin həllində ədalətli mövqe tutacağına sübhələr yarada bilər və Azərbaycan xalqı arasında ATƏT-in Minsk Qrupuna olan inamsızlığın daha da dərinləşməsinə gətirib çixarar: “Eyni zamanda ümid edirik ABŞ prezidenti və ABŞ Konqresi onlara ünvanlanan bu qətnaməyə öz obyektiv münasibətlərini bildirərək gələcəkdə bu halların təkrar olunmaması üçün əllərindən gələni edəcəklər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR