Namiq Həsənov: “Taksilər üçün xüsusi dayanacaqların tikintisi gələn il başa çatacaq”
07 avqust 2012 09:46 (UTC +04:00)
Bu fikirləri APA-ya açıqlamasında Nəqliyyat Nazirliyinin Katiblik rəisi Namiq Həsənov bildirib. Onun sözlərinə görə, avtomobillər qaydalara uyğun park edilmədiyindən, tətbiq olunan cərimələrin məbləği artırılıb: “Ümumiyyətlə taksilərin qayda pozuntusuna qarşı yalnız Nəqliyyat Nazirliyi deyil, həmçinin DYP də mübarizə aparır. Bizim müvafiq qurumlar da avtobusların dayanacaqlarda normal dayanması və tıxacın qarşısını almaq üçün mübarizə aparır. Ona görə də hazırda əsas məqsədimiz avtobus dayanacaqlarında taksilərin dayanmasına əngəl olmaqdır”.
N. Həsənov qeyd edib ki, taksilər üçün xüsusi dayanacaqlar tikilir və onların 60-dan çoxu artıq hazırdır: “Bu il ərzində taksilər üçün yeni dayanacaqların tikintisi davam edəcək. 2013-cü ildə isə dayanacaqların tikintisi tam başa çatacaq”.

İnfrastruktur
Bakı metrosunda qatarda sərnişin müdaxiləsi nəticəsində nasazlıq yaranıb
18:22
6 may 2024
Dövlət Xidməti telekommunikasiya operatorlarına xəbərdalıq edib
11:11
6 may 2024
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim edib
17:19
3 may 2024
Tıxaclara əlvida! Nərimanovda yeni yol və tunel çəkilir! Bu kompleksin sakinləri üçün şad xəbər! - VİDEO
15:52
3 may 2024