Şəkidə partlayış olub, xəsarət alan var

Şəkidə partlayış olub, xəsarət alan var
# 05 noyabr 2012 07:14 (UTC +04:00)
Şəki. Vüqar Heydərov-APA. Azərbaycanın Şəki rayonunda partlayış olub. Şəki şəhər-rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə Şəki şəhəri, 17-ci rayon Şərqbablar küçəsi dalan 2, ev 9 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1973-cü il təvəllüdlü Teymurov Rahim Zahid oğlu maye qaz balonundan istifadə edərkən partlayış baş verib. Partlayış nəticəsində Rahim Teymurov bədəninin üz və əl nahiyəsindən 2-ci dərəcəli yanıq xəsarəti alaraq Şəki Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR