Konstitusiya Məhkəməsinə yeni hakim təyin olunub

Konstitusiya Məhkəməsinə yeni hakim təyin olunub
# 16 oktyabr 2012 10:05 (UTC +04:00)
APA-nın məlumatına görə, M. Muradov Konstitusiya Məhkəməsinin hakimi təyin olunub. Məlumat verilib ki, bununla bağlı təqdimat Azərbaycan prezidenti tərəfindən edilib.
Müvafiq sənəd Milli Məclisin (MM) müzakirəsinə verilib. MM-də məsələ müzakirə edilib və səsə qoyularaq qəbul olunub. Mahir Muradov parlament qarşısında and içib.

Qeyd edək ki, oktyabrın 8-də prezident İlham Əliyev Konstitusiya Məhkəməsinin hakimi Fikrət Babayevin səlahiyyətlərinə xitam verilməsi haqqında sərəncam imzalayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR